Rusiya aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib

Rusiya aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar yerinə yetirməyə icazə verilib
# 08 iyul 2021 15:36 (UTC +04:00)

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi ("Rosaviasiya") "S7 Airlines" şirkətinə Çelyabinskdən Azərbaycana uçuşlara icazə verib.

"APA-Economics" xəbər verir ki, bu barədə müvafiq əmr "Rosaviasiya"nın rəsmi saytında dərc edilib.

Sənədə əsasən S7 aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar həyata keçirməyə icazə verilib.

Bununla yanaşı Rusiyanın "Azur Air" və "Yamal" aviaşirkətlərinə Çelyabinskdən İspaniyaya (Barselona və Palma-de-Mayorka) və Kiprə (Larnaka) uçuşlar həyata keçirməyə icazə verilib.

Xatırladaq ki, qərar beynəlxalq marşrutlarda uçuşların bərpa edilməsi üçün əsas səbəb sayılmır. Bu, uçuşları bərpa edərkən aviaşirkətlərin istifadə edə biləcəkləri haqlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR