Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük postu yaxın vaxtlarda istifadəyə veriləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komİtəsİnİn sədri Səfər Mehdiyev "Twitter" hesabında yazıb.
Komitənin sədri edib ki, hazırda bu gömrük postunda tikinti işləri davam etdirilir və o bu gün burada aparılan yenidənqurma işləri ilə tanış olub.
"Yaxın gələcəkdə istifadəyə veriləcək bu post sərhəddə yaranan növbələrin tam aradan qaldırılmasını təmin edəcək", - S. Mehdiyev əlavə edib.