Rusiyadan Bakıya yeni metro qatarları yola salınıb

Rusiyadan Bakıya yeni metro qatarları yola salınıb
# 30 iyun 2021 12:55 (UTC +04:00)

Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.

"Bakı Metropoliteni" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, gətiriləcək 4 qatar tərkibi "Nərimanov" elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR