Rusiyanın 10 aviaşirkəti Türkiyəyə uçuşları bərpa edib

Rusiyanın 10 aviaşirkəti Türkiyəyə uçuşları bərpa edib
# 22 iyun 2021 16:39 (UTC +04:00)

Rusiyanın 10 aviaşirkəti tərəfindən Türkiyəyə birbaşa uçuşlar bərpa edilib. Ümumilikdə, ölkələr arasında hava trafikinin tam bərpa olunmasının ilk günü 78 uçuşun həyata keçirilməsi planlaşdırılır, bunlardan 54-ü çarter reysləridir.

"APA-Economics"in məlumatına görə, bu barədə Rosaviasiyanın açıqlamasında deyilir.

Hazırda Rusiyanın 12 aviaşirkətinin Türkiyəyə uçuşlara icazəsi var. Rusiyadan Türkiyənin beş şəhərinə uçmaq mümkündür – İstanbul, Ankara, Antalya, Dalaman və Bodrum. Türkiyədən isə Rusiyanın 32 şəhərinə uçmaq olar.

"22 iyun tarixində 78 müntəzəm və çarter reysləri üzrə uçuşların yerinə yetirilməsi gözlənilir. Bunlardan Rusiya aviaşirkətləri 54 uçuş həyata keçirəcək. Bu günə "Aeroflot", "Royal Flight", "Smartavia", "Azur air", "Ikar", "Yamal", "North Wind", "Pobeda", "Red Wings", "S7 Airlines" və "Rusiya" aviaşirkətlərinin uçuşları həyata keçiriləcək", - Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR