Rusiyanın daha bir aviaşirkəti Nijni Novqoroddan Bakıya uçacaq

Rusiyanın daha bir aviaşirkəti Nijni Novqoroddan Bakıya uçacaq
# 31 may 2021 11:47 (UTC +04:00)

Rusiyanın "Ural Airlines" aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa aviareyslər üzrə uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, sözügedən aviareys üzrə ilk uçuş mayın 31-də yerinə yetirilib. "Ural Airlines" sözügedən aviareys üzrə uçuşları həftədə bir dəfə yerinə yetirəcək.

Hava limanından həmçinin bildirilib ki, iyunun 4-dən etibarən Rusiyanın "Ikar Airlines" şirkəti ("Pegas Fly" ticarət nişanı) Nijni Novqoroddan Bakıya uçuşlara başlayacaq.

"Aviareys həftədə iki dəfə I və V günlər yerinə yetiriləcək", - aeroportdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR