Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı aviareysi üzrə uçuşlara başlayır

Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı aviareysi üzrə uçuşlara başlayır
# 15 iyun 2021 12:00 (UTC +04:00)

Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə birbaşa uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, bu gündən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq: "Aviaşirkət Bakıdan Samaraya ilk uçuşunu bu gün saat 23:45-də yerinə yetirəcək".

Qeyd edək ki, S7-dən başqa Rusiyanın "IrAero" (çərşənbə axşamı), "Nordwind" (çərşənbə axşamı) və "Ural Airlines" (şənbə) aviaşirkətləri də sözügedən marşrut üzrə həftədə bir dəfə uçuşlar həyata keçirir.

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR