Rusiyanın daha bir aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya uçuşlara başlayıb

Rusiyanın daha bir aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya uçuşlara başlayıb
# 16 iyun 2021 16:35 (UTC +04:00)

Rusiyanın "S7 Airlines" aviaşirkəti Volqoqrad və Həştərxandan Bakıya birbaşa uçuşlara başlayıb.

Bu barədə "APA-Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd olunub ki, Rusiyanın hər iki şəhərindən Bakıya aviareyslər üzrə uçuşlara bu gündən etibarən başlanılıb: "Volqoqrad və Həştərxandan Bakıya uçuşlar həftədə bir dəfə – çərşənbə günləri yerinə yetiriləcək. Uçuşlar "Airbus A320" təyyarələri ilə həyata keçirilir".

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR