Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar yerinə yetiriləcək

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar yerinə yetiriləcək
# 07 iyun 2021 12:30 (UTC +04:00)

İyun ayında Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlara başlanacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-Economics"ə verilən məlumata görə, iyunun 23-dən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Krasnoyarsk-Bakı-Krasnoyarsk aviareysi üzrə birbaşa uçuşlara start verəcək: "Krasnoyarskdan Bakıya təyyarə saat 15:35-də, əks istiqamətdə isə 22:00-da uçacaq. Uçuşlar "Airbus-320" laynerləri ilə həyata keçiriləcək".

Qeyd edək ki, "S7 Airlines" şirkəti iyunun 2-dən etibarən Novosibirskdən Bakıya birbaşa uçuşlara başlayıb. Aviaşirkət iyunun 15-dən etibarən isə Samara-Bakı-Samara aviareysi üzrə də uçuşlar yerinə yetirəcək.

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR