Selə görə bağlanan Türkiyə-Naxçıvan yolunda hərəkət bərpa edilib

Selə görə bağlanan Türkiyə-Naxçıvan yolunda hərəkət bərpa edilib
# 24 may 2021 11:09 (UTC +04:00)

Türkiyənin İğdır vilayətində yaşanan sel fəlakəti ilə əlaqədar bağlanın Türkiyə-Naxçıvan avtomobil yolu ilə hərəkət bərpa edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün gecədən İğdırın Aralık rayonunda aramsız leysan yağışları selə, İğdırın Karakoyunlu rayonunda isə fırtına ərazidə dağıntılara səbəb olub.

Nəticədə, Türkiyə-Naxçıvan avtomobil yolu yararsız vəziyyətə düşərək qapanıb.

Türkiyənin Quruyolları 184-cü Şöbə Müdirliyi əməkdaşlarının gərgin iş fəaliyyəti nəticəsində Türkiyə-Naxçıvan avtomobil yolu bu gün səhər saatlarından açılıb.

Qeyd edək ki, təbii fəlakətdən əraziyə xeyli ziyan dəyib, ölən və ağır xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR