Suqovuşan su anbarında təmir işlərinə başlanılıb

Rafiq Aslanov

© APA | Rafiq Aslanov

# 03 iyun 2021 14:35 (UTC +04:00)

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin istismarında olan Suqovuşan su anbarında qiymətləndirmə işləri başa çatdırılaraq təmir işlərinə başlanılıb.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan gündən bəri mütəmadi olaraq anbardan saniyədə 15-16 kubmetr su buraxılır ki, bunun nəticəsində Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarının ərazilərinin suvarılması həyata keçirilir.

“Bundan sonra işğaldan azad olunan təqribən 120 min hektardan çox ərazilərdə suvarma sahələri yeni nəfəs alacaq”, - deyə R. Aslanov qeyd edib.

O, həmçinin əlavə edib ki, qiymətləndirmə nəticəsində məlum olub ki, təqribən təkcə Suqovuşan kompleksinin ətrafında 96 min hektardan yuxarı suvarılan sahə mövcuddur: “İşğaldan azad olunana qədər 36 min hektarın suvarılması mümkün idi. Amma təmir işlərinə artıq başlanılıb. Bu ərazilərdə, bildiyiniz kimi, minalar mövcud idi. Təkcə sözügedən kompleksdə bu bəndin üstündə və bundan ayrılan 5,2 km ərazidə piyada əleyhinə 700-dən çox mina, 40-dan çox partlamamış sursat aşkarlanıb”.

Suqovuşan su anbarında aparılan təmir-bərpa işləri gələn ilin sonunadək tam başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR