Tokio Olimpiadasına həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb - FOTO

Tokio Olimpiadasına həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb - FOTO
# 23 iyul 2021 17:27 (UTC +04:00)

"Tokio Yay Olimpiya Oyunları – 2020" mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.

Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, COVID-19 ümumdünya pandemiyası səbəbindən bir il təxirə salınan və bu ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunları Yaponiyanın 42 yarış məkanında baş tutacaq. Bu oyunlarda ölkəmiz 44 idmançı ilə təmsil olunur.

Markalarda müxtəlif yay idman növləri Olimpiya oyunlarına ev sahibliyi edən ölkənin atributu ilə əlaqələndirilib.

Belarus Respublikasının Bobruysk şəhərində on min tirajla çap olunmuş poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR