TRACECA-nın Azərbaycan hissəsində sərnişin daşımaları kəskin azalıb

TRACECA-nın Azərbaycan hissəsində sərnişin daşımaları kəskin azalıb
# 26 avqust 2021 13:21 (UTC +04:00)

Cari ilin birinci yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində 34 777 min sərnişin daşınıb, bu da illik müqayisədə 58,6% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə bu göstərici 84 060,2 min nəfər səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində sərnişin dövriyyəsi isə 690,7 milyon sərnişin-km olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 59% azdır. 2020-ci ilin birinci yarısında bu göstərici 1 685,7 milyon sərnişin-km təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR