TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 10%-dək azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 10%-dək azalıb
# 15 iyul 2021 10:33 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 17 024,8 min ton, yük dövriyyəsi isə 4 017,9 mln. ton-km olub, bu da illik müqayisədə müvafiq olaraq 9,6% və 3,9% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 9 501,6 min tonu və ya 55,8%-i avtomobil nəqliyyatı, 5 568,6 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı, 1 954,6 min tonu və ya 11,5%-i dəniz nəqliyyatı ilə daşınıb.

Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 23,4%-i və ya 3 980,9 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR