TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar artıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar artıb
# 04 noyabr 2021 12:10 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30 403 min ton, yük dövriyyəsi isə 7 177,5 mln. ton-km olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,8% və 2,9% artıblar.

Məlumata görə, yüklərin 17 037,2 min tonu və ya 56%-i avtomobil nəqliyyatı, 9 930,3 min tonu və ya 32,7%-i dəmir yolu nəqliyyatı, 3 435,5 min tonu və ya 11,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Qeyd olunur ki, dəhliz vasitəsilə daşınmış yüklərin 21,9%-i və ya 6 654,1 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR