Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları kəskin artıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımaları kəskin artıb
# 04 iyun 2021 10:31 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) üzrə konteyner daşımalarının həcmi 7 022 TEU (1 TEU – 20 futluq konteyner) təşkil edib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur. Kəskin artım əsasən Çindən Türkiyə və Azərbaycana, eləcə də Ukraynadan Qırğızıstana, Türkiyədən Çin və Mərkəzi Asiya ölkələrinə və ABŞ-dan Mərkəzi Asiyaya yük daşımalarının artması səbəbindən baş verib. Yanvar-may aylarında isə 47 konteyner qatarı Çin-Azərbaycan/Gürcüstan/Türkiyə marşrutu üzrə keçib, 4 konteyner qatarı Türkiyədən Çinə yollanıb.

Qeyd edək ki, TXBNM-nin Beynəlxalq Assosiasiyasının əsası 2017-ci ilin yanvar ayında qoyulub. Bu müddət ərzində dünyanın 8 ölkəsindən 20 infrastruktur və logistika şirkəti Assosiasiyaya üzv olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR