Türkiyə və Azərbaycan nazirləri Füzuli beynəlxalq hava limanının tikintisi ilə tanış olublar - VİDEO - YENİLƏNİB

Adil Karaismailoğlu və Rəşad Nəbiyev, Füzuli hava limanının tikintisi ilə tanışlıq

© APA | Adil Karaismailoğlu və Rəşad Nəbiyev, Füzuli hava limanının tikintisi ilə tanışlıq

# 01 iyun 2021 01:12 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat 18:18

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfər çərçivəsində Füzuli beynəlxalq hava limanının tikintisi ilə tanış olublar.

APA-nın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, nazirlərə görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, təməli bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən qoyulan Füzuli beynəlxalq hava limanının ərazisində beynəlxalq standartlara cavab verən aerovağzal binası, perron, yönəldici yol, uçuş enmə zolağının işıq siqnal sistemləri, aeronaviqasiya və meteoroloji qurğuların quraşdırılacaq.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 km, eni isə 45 metr olacaq.

Uçuş-enmə zolağının bu ilin sonuna kimi təhvil verilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR