"Twitter" istifadəçilərə bəxşiş ödəməyə imkan yaradıb

"Twitter" istifadəçilərə bəxşiş ödəməyə imkan yaradıb
# 07 may 2021 09:56 (UTC +04:00)

"Twitter" bir sıra istifadəçi üçün müxtəlif pullu xidmətlərə görə bəxşiş ödəmək imkanı yaradıb.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin məhsul üzrə meneceri Ester Krouford öz bloqunda yazıb.

"Bəyənmələr, retvitlər və izləyicilərdən başqa, sizin qarşılıqlı dəstəyinizi daha asan etmək istəyirik. Bu gün "Tip Jar" – bəxşiş ("çay pulu") almaq və göndərmək üçün yeni imkanı təqdim edirik", - Krouford bildirib.

İndi bir sıra istifadəçi pul köçürə biləcəyi xidmətlər və tətbiqlərin siyahısını öz hesabına bağlaya bilər.

Xidmət hazırda "Twitter"in ingilis dilində olan versiyasında məhdud qrup istifadəçilər üçün mövcuddur. Qeyd olunur ki, bu qrup yaradıcı insanlar, jurnalistlər, mütəxəssislər və qeyri-kommersiya təşkilatlarından ibarətdir.

Şirkətin məhsul üzrə meneceri əlavə edib ki, "Tip Jar"ı hesablarına bağlaya biləcək istifadəçilər dairəsi tezliklə genişlənəcək və bu xidmət ingilis versiyası ilə məhdudlaşmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR