"Ulduz" metrostansiyasında qatarda texniki problem yaranıb

"Ulduz" metrostansiyasında qatarda texniki problem yaranıb
# 30 iyun 2021 17:22 (UTC +04:00)

“Bakı Metropoliteni”nin “Ulduz” stansiyasında qatarda texniki problem yaranıb.

Bu barədə APA-ya qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, "Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın qapısında nasazlıq yaranıb. Dərhal sərnişinlər qatardan boşaldılıb, qatar sərnişinsiz yola salınıb. Xəttə əlavə qatar buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR