"WhatsApp"a yeni funksiya əlavə edilib

"WhatsApp"a yeni funksiya əlavə edilib
# 26 may 2021 16:17 (UTC +04:00)

"WhatsApp" messencerində səs mesajlarını sürətli rejimdə dinləməyə imkan verən yeni funksiya işə salınıb.

"APA-Economics" xəbər verir ki, tətbiqin yenilənmiş versiyası səsli mesajları normal sürətdə, bir qədər sürətli və iki dəfə daha sürətli səsləndirməyə imkan verir.

Bundan əlavə, "WhatsApp"a xüsusi bildirişlər də əlavə edilib. Belə ki, əgər istifadəçini hər hansı bir çatda qeyd ediblərsə və ya onun mesajına cavab verilibsə, qrupun adının yanında "@" işarəsi görünür.

Qeyd edək ki, səsli mesajlar üçün oxşar xüsusiyyət artıq bir neçə ildir "Telegram"da mövcuddur. Orada da səsli mesajların dinləmə sürətini iki dəfə artırmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR