Xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanın aeroportlarında VİP salondan istifadə hüququ olan nümayəndələri müəyyənləşib

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

© APA | Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

# 02 noyabr 2021 12:26 (UTC +04:00)

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısı təsdiq olunub.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Baş nazirinin və onun müavinlərinin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikasının xarici işlər nazirinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn rəsmi nümayəndə heyətləri;

2. xarici ölkələrin Azərbaycan Respublikasında səfirləri və baş konsulları;

3. beynəlxalq təşkilatların rəhbər şəxsləri;

4. BP Şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə prezidenti.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR