"YouTube"un işində dayanmalar müşahidə olunur

"YouTube"un işində dayanmalar müşahidə olunur
# 18 may 2021 14:40 (UTC +04:00)

Bir sıra ölkədə "YouTube" video-hostinq xidmətinin işində problemlər müşahidə olunur.

"APA-Economics"in "Downdetector" portalına istinadən verdiyi məlumata görə, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya və bir neçə digər ölkədən daxil olduğu bildirilir.

Şikayətlərin əksəriyyəti (təxminən 75%-i) videoya baxa bilməməklə, 20%-i veb-saytın yüklənmədiyi ilə, 5%-i isə istifadəçi hesablara daxil olmaqda çətinliklərlə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR