Zaqatala və Balakəndə qaz təchizatı dayandırılacaq

Zaqatala və Balakəndə qaz təchizatı dayandırılacaq
# 30 noyabr 2021 13:55 (UTC +04:00)

1 dekabr tarixində saat 09:00-da Zaqatala və Balakən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Zaqatala” və “Balakən” QPS-lərdə quraşdırılan qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə əlaqədardır.

Qaz təchizatının dayandırılması Zaqatala (rayon mərkəzi və rayonun 10 kəndi) və Balakən rayonlarının (şəhər və rayonun 55 kəndi) bir hissəsini əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR