“Zəfər Günü” poçt markası buraxılıb - FOTO

“Zəfər Günü” poçt markası buraxılıb - FOTO
# 08 noyabr 2021 12:41 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb.

Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 40 min tirajla nəşr edilib.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR