ARDNF 15 ildə dövlət büdcəsinə 77,6 mlrd. manat transfert edib - TƏHLİL

ARDNF 15 ildə dövlət büdcəsinə 77,6 mlrd. manat transfert edib - <span style="color: red;">TƏHLİL
# 16 fevral 2018 10:24 (UTC +04:00)

2003-2017-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 77,617 mlrd. manat və yaxud 86,56 mlrd. ABŞ dolları həcmində vəsait transfert şəklində dövlət büdcəsinə köçürülüb.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb. həmin ildə Fond dövlət büdcəsinə 100 mln. manat transfert edib. 2004-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 30%, 2005-ci ildə 15,38%, 2006-cı ildə 3,9 dəfə artıb. 2007-ci ildə 2006-cı ildə olduğu kimi dövlət büdcəsinə 585 mln. manat transfert edilib. 2007-ci il ilə müqayisədə 2008-ci ildə dövlət büdcəsinə transfertlər 6,5 dəfə, 2009-cu 29,34%, 2010-cu ildə 20,34%, 2011-ci ildə 52,16%, 2012-ci ildə 10,06%, 2013-cü ildə 14,59% artıb.

2014-cü ildən etibarən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi azalmağa başlayıb. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə Fonddan dövlət büdcəsinə transfertlər 17,74%, 2015-ci ildə 12,93%, 2016-cı ildə 6,33%, 2017-ci ildə isə 19,89% azalıb.

Ümumiyyətlə, ARNDF-dən dövlət büdcəsinə ən yüksək transfert 2013-cü ildə qeydə alınıb. Həmin ildə Fonddan dövlət büdcəsinə 11 mlrd. 350 mln. manat transfert edilib.

2003-2017-ci illər üzrə transfertin bölgüsü aşağıdakı qrafikdə əks etdirilib:

Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondunun əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR