Azərbaycan valyuta bazarında ajiotaj səngiyib - TƏHLİL

Azərbaycan valyuta bazarında ajiotaj səngiyib - <span style="color: red;">TƏHLİL
# 08 may 2015 10:58 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2015-ci il mayın 1-ə 8 mlrd. 387,9 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 483,2 mln. dollar və ya 43,6% azdır.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, təkcə aprel ayında AMB-nin valyuta ehtiyatları 1 mlrd. 084,2 mln. manat və ya 11,45% azalıb.

Cari ilin əvvəlindən bu göstərici üzrə azalma 5 370,4 mln. dollar və ya 39,03% olub.

Qeyd edək ki, artıq 9 aydır ki, yəni, 2014-cü ilin iyul ayından Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarında azalma müşahidə edilir. Belə ki, iyul ayı ilə müqayisədə avqustda rəsmi valyuta ehtiyatları 2,5 mln. dollar və ya 0,02%, avqustla müqayisədə sentyabrda 148,5 mln. dollar və ya 0,98%, sentyabrla müqayisədə oktyabrda 8,8 mln. dollar və ya 0,06%, oktyabrla müqayisədə noyabrda 37,3 mln. dollar və ya 0,25%, noyabrla müqayisədə dekabrda 1 238 mln. dollar və ya 8,26% azalıb.

2014-cü ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında rəsmi valyuta ehtiyatları 1 077,5 mln. dollar və ya 7,83%, bu ilin yanvarı ilə müqayisədə fevralında 1 676,4 mln. dollar və ya 13,22%, fevral ilə müqayisədə martda 1 532,3 mln dollar və ya 13,92% azalıb.

Ümumiyyətlə, 2014-cü ilin iyul ayından indiyədək Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 6 805,5 mln. dollar və ya 44,8% azalıb.

AMB-nin valyuta ehtiyatlarının azalması dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşmasının manata təzyiqinin artması ilə bağlıdır. Məhz bu təzyiqin qarşısını almaq üçün Mərkəzi Bank təzyiqləri minimuma endirmək üçün dekabrda 1,2 mlrd. dollar, yanvarda 1 mlrd. dollar, fevralda 1,7 mlrd. dollar, martda 1,5 mlrd. dollar və apreldə 1 mlrd. dollar satmalı olub. Ümumiyyətlə, AMB manatın məzənnəsini saxlamaq üçün dekabrdan bəri hər ay 1 mlrd. dollardan çox vəsaitini itirib. Göründüyü kimi, milli valyutanın məzənnəsinin saxlanılmasına ən çox vəsait isə məhz fevralda, yəni devalvasiyanın baş verdiyi ayda sərf olunub. Sonrakı aylarda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinə yönəltdiyi vəsaitin həcminin tədricən azaltması isə, bazarda ajiotajın tədricən zəifləməsindən xəbər verir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR