Azərbaycanda dollarla əməliyyatların həcmi 1,8 dəfə azalıb

Azərbaycanda dollarla əməliyyatların həcmi 1,8 dəfə azalıb
# 15 yanvar 2018 13:10 (UTC +04:00)

2017-ci ilin yanvar-noyabr aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən azalıb.

 

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 1,7 dəfə  azalıb.

 

Ötən ilin 11 ayı ilə 2016-cı ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, hesabat dövründə dollar ilə əməliyyatlarda 1,8 dəfə azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 987 mln. 147,2 min ABŞ dolları olubsa, 2016-cı ilin eyni dövründə 5 mlrd. 309 mln. 534,8 min manat təşkil edib. Ötən ilin noyabr ayı ilə 2016-cı ilin eyni dövrünü müqayisə edəndə ABŞ dolları ilə əməliyyatların həcminin 20,95% artması məlum olur. Qeyd edək ki, ötən ilin noyabr ayında 355 mln. 219,5 min dollarlıq, 2016-cı ilin eyni dövründə 293 mln. 685,7 min dollarlıq mübadilə əməliyyatları aparılıb.

 

Ötən ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

172 mln. 735,3 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 0,65% çoxdur. Ötən ilin noyabrında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 182 mln. 484,2 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 49,49% çoxdur.

 

Amma ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda banklar tərəfindən dollar alışı 10,5% artıb, dollar satışı isə 14,7% azalıb.

 

Ötən ilin 11 ayı ilə ötən ilin müvafiq dövrünü müqayisə edəndə məlum olur ki, hesabat dövründə də avro ilə əməliyyatlarda da 1,3 dəfə azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvar-noyabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 634 mln. 999,5 min ABŞ dolları olubsa, 2016-cı ilin eyni dövründə 817 mln. 537,7 min manat təşkil edib. 2016-cı ilin noyabr ayı ilə müqayisədə ötən ilin eyni dövründə avro ilə əməliyyatların həcmi isə 1,6 dəfə artıb. Başqa sözlə, ötən ilin noyabrında avro ilə mübadilə əməliyyatlarının həcmi 96 mln. 228,3 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 58 mln. 591,5 min avro təşkil edib.

 

Noyabrda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 80 mln. 931 min avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,93 dəfə çoxdur. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 15 mln. 297,3 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 8,59% azdır.

 

Ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda banklar tərəfindən avro alışı 31,35%, avro satışı isə 16,39% azalıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR