Azərbaycanda dövlət ipoteka kreditləşməsi 2,5 dəfə azalıb - TƏHLİL

Azərbaycanda dövlət ipoteka kreditləşməsi 2,5 dəfə azalıb - <span style="color: red;">TƏHLİL
# 05 avqust 2015 11:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin II rübündə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 22 mln. 311,534 min manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,53 dəfə azdır.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Kreditlər üzrə təhlil

Məlumata görə, hesabat dövründə 385-i güzəştli olmaqla, ümumilikdə 1597 ipoteka krediti verilib. 2015-ci ilin ilk altı ayında 15 mln. 907,590 min manatlıq güzəştli, 4 mln. 433,510 min manatlıq adi ipoteka krediti verilib.

Başqa sözlə, 2015-ci ilin iyulun 1-nə, ipoteka kreditlərinin sayı 17 079-a, ümumi həcmi isə 595 mln. 060,764 min manata çatıb.

Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 697 mln 111,430 min. manat təşkil edib.

İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 39,9%-i (239,91 mln. manat) dövlət büdcəsi, 60,1%-i (361 mln. manat) qiymətli kağızların payına düşüb.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 79,5%-ni hərbi qulluqçular, 8,6%-ni dövlət qulluqçuları, 8%-ni məcburi köçkünlər, 2,1%-ni elmlər namizədləri, 1,5 %-ni idmançılar, 0,3 %-ni şəhid ailələri təşkil edib.

Borcalanlar üzrə təhlil

Bu ilin yanvar-iyun aylarında adi və güzəştli ipoteka krediti üzrə borcalanların 83,1%-ni kişilər, 16,9%-ni qadınlar təşkil edir.

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 68,2%-i evli, 31,8%-i subaydır.

Borcalanların 37,5%-i 18-29 yaş, 33,6%-i 30-35 yaş arasında, 28,9%-i isə 36 yaşdan yuxarı olub.

İpoteka krediti alanların 42,7%-i dövlət sektorunda, 57,3%-i özəl sektorda çalışır.

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 32,8%-i dövlət xidmət sahəsində, 29,6%-i müəssisə və firmalarda, 23,8%-i bank-maliyyə sektorunda, 13,8%-i neft-qaz sektorunda işləyir.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 35,3%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 21,2%-nin maaşı 700-900 manat, 18,3%-nin 500-700, 15,4%-nin 900-1100, 7,3%-nin 300-500 manatdır. Borcalanların 2,4%-nin əmək haqqısı 300 manatdan aşağıdır.

İpoteka predmeti üzrə təhlil

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron-Xırdalan, Gəncə və Naxçıvanda yerləşir.

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 23,1%-i Xətai, 15,7%-i Yasamal, 14%-i Binəqədi, 11%-i Nəsimi, 9,5%-i Nizami, 7,6%-i Nərimanov, 6,8%-i Suraxanı, 4,6%-i Sabunçu, 3,6%-i Səbail, 2,9%- Qaradağ rayonunda yerləşir.

İpoteka yolu ilə alınan mənzillərin 54,7%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 36,4%-nin dəyəri 60 000-90 000 manat, 4,5%-nin 90 000-120 000 manatdır, 2%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 2,4%-nin qiyməti 30 min manatdan aşağı olub.

Bu mənzillərin 42%-nin sahəsi 40-60, 30,5%-nin 60-80, 10,9%-nin 80-100, 3,9%-nin 100-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 8,5%-nin sahəsi 40 kvadratmetrdən azdır, 4,3%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 92,6%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 7,4%-ni isə həyət evləri təşkil edir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR