Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi azalmaqda davam edir - TƏHLİL

Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi azalmaqda davam edir - <span style="color: red;">TƏHLİL
# 09 oktyabr 2015 14:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 45,05% və ya 5 015,9 mln. manat azalaraq 6 118,5 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, təkcə avqust ayında dövriyyədə olan nağd pulların həcmi 895,2 mln. manat və ya 12,76% azalıb.

Ümumiyyətlə, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız bu ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. Belə ki, 2014-cü ilin iyul ayı ilə müqayisədə avqustda dövriyyədə olan nağd pulların həcmi 10 mln. manat və ya 0,09%, avqust ayı ilə müqayisədə sentyabrda 92,1 mln. manat və ya 0,83%, sentyabr ilə müqayisədə oktyabrda 48,4 mln. manat və ya 0,44%, oktyabrla müqayisədə noyabrda 38,2 mln. manat və ya 0,35%, noyabrla müqayisədə dekabrda 109,8 mln. manat və ya 1% azalıb.

2014-cü ilin dekabr ayı ilə müqayisədə 2015-ci ilin yanvarında dövriyyədə olan nağd pulların həcmi 700,6 mln. manat və ya 6,46%, bu ilin yanvarı ilə müqayisədə fevralda bu göstərici 1 444,2 mln. manat və ya 14,24%, fevral ilə müqayisədə martda 645,6 mln. manat və ya 7,42%, mart ilə müqayisədə apreldə 1 046,6 mln. manat və ya 12,99% azalıb, aprel ilə müqayisədə mayda 120,5 mln. manat və ya 1,72% artıb. Amma may ayından sonra dövriyyədə olan nağd pulların həcmi yenidən azalmağa başlayıb. Başqa sözlə, may ilə müqayisədə iyunda 45 mln. manat və ya 0,63%, iyunla müqayisədə iyulda 70,7 mln. manat və ya 1% azalıb.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR