Azərbaycanda verilən kreditlərin 84%-i Bakının payına düşür - TƏHLİL

Azərbaycanda verilən kreditlərin 84%-i Bakının payına düşür - <span style="color: red;">TƏHLİL
# 12 oktyabr 2015 12:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci ilin sentyabrın 1-ə 20 mlrd. 95 mln. 838,2 min manat təşkil edib ki, bunun da 83,52%-i və ya 16 mlrd. 783 mln. 603,6 min manatı Bakı şəhərinin payına düşüb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsaslanan təhlili göstərir ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 8 ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 841 mln. 875,2 min manat təşkil edib ki, bu da ümumi kredit qoyuluşunun 4,19%-ni təşkil edir.

Kredit qoyuluşunun 3,66%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar-avqust aylarında Gəncə-Qazax iqtisadi rayonuna 735 mln. 995,8 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,21%-lik payla Abşeron iqtisadi rayonu qərarlaşıb. Bu ilin sentyabrın 1-ə bu iqtisadi rayona 645 mln. 52,6 min manat həcmində kredit qoyulub.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 65 mln. 559,8 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna isə bundan 10,5 dəfə az - 6 mln. 248,8 min manat olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Lənkəran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 24% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 12,2% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 13,8%-ə bərabər olub.

Regionlarda kreditlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Azərbaycan:

20 095838,2

13,6%

o cümlədən, Bakı

16 783603,6

12,2%

Lənkəran iqtisadi rayonu

285779,9

24,0%

Aran iqtisadi rayonu

841875,2

22,8%

Dağlıq Şirvan iqtisadi rayonu

115276,9

22,8%

Şəki-Zaqatala iqtisadi rayonu

216604,5

21,8%

Quba-Xaçmaz iqtisadi rayonu

260075,7

20,5%

Yuxarı Qarabağ iqtisadi rayonu

65559,8

19,6%

Gəncə-Qazax iqtisadi rayonu

735995,8

19,3%

Abşeron iqtisadi rayonu

645052,6

19,0%

Kəlbəcər-Laçın iqtisadi rayonu

6248,8

17,1%

Naxçıvan iqtisadi rayonu

139765,4

13,8%

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR