Bakıda yeni mənzillərin qiyməti 7% enib - TƏHLİL

Bakıda yeni mənzillərin qiyməti 7% enib - <span style="color: red;">TƏHLİL
# 20 avqust 2015 14:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İyul ayı üzrə Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 116 dollar/kv.m-dən 7,17% azalaraq 1 036 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 170 manat/kv.m-dən azalaraq 1 087 manat/kv.m bəndində qərarlaşıb.

APA-Economics”in məlumatına görə, bu barədə paytaxtın yeni yaşayış mənzilləri bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu.tərəfindən ötən ay üçün hazırlanmış hesabatında deyilir.

May ayında qiymət indeksində 0,44 bənd azalma müşahidə edilib.


İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 53,6%-i. Qiyməti 1000-1500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 38,0%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 765 dollar/kv.m və 1195 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 8,4%-ni isə qiyməti 1500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2145 dollar/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 64,1%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Səbail rayonunda, “Sahil” m/st yaxınlığında yerləşən 99 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 2800 dollar təşkil edib. Ən ucuz mənzil isə, Sabunçu rayonunda, Zabrat qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb, 450 dollar/kv.m.


Son ayda bazarda təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi 8,6% azalaraq 113,58 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 56,4, iki otaqlı 90,54, üç otaqlı 128,7, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 185,4 və 190.0 kv.m qeydə alınıb. Təklif üzrə ən çox paya 2 və 3 otaqlı mənzillər sahibdir, müvafiq olaraq 34,9% və 32,8%.

Ay ərzində qiymət üzrə ən çox azalma Sabunçu rayonunda qeydə alınıb, 5,3%. Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1035 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,52, orta sahə göstəricisi 113,53, hər otağın orta satış qiyməti 49 626 dollar, mənzilin orta qiyməti isə 125 058 dollar təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR