Bakının kirayə mənzil bazarında bahalaşma müşahidə olunur - TƏHLİL

Bakının kirayə mənzil bazarında bahalaşma müşahidə olunur - <span style="color: red;">TƏHLİL
# 01 sentyabr 2015 08:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayı ərzində Bakı şəhərində kirayə yaşayış mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında iyun ay ilə müqayisədə artım qeydə alınıb (33,7%).

Bu barədə “APA-Economics” paytaxtın kirayə mənzil bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hesabatına istinadən məlumat verir.

Belə ki, ay ərzində ümumi təklif portfelində kirayə mənzillərin payı ötən aya nisbətən 13,7% artıb. Kirayə bazarında aktivliyin artması səbəbini təhsil ocaqlarındakı tətilin sona yaxınlaşması ilə əlaqələndirmək olar. Bazarda təklifin artmasına baxmayaraq qiymətdə ümumi şəhər üzrə azalma qeydə alınıb. ABŞ dolları ilə ifadədə qiymət 634 dollar/mənzildən 2,0% azalaraq 621 dollar/mənzil təşkil edib. Bazarda əməliyyatların sayı isə 95-dən 33,7% artaraq 127 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı 7,4% azalaraq 9,06 dollar/kv.m-dən 8,39 dollar/kv.m-ə düşüb.

Kirayə mənzil bazarında indeks 2,9 bəndindən azalaraq 2,7 bəndində qərarlaşıb.

İyul ayında aktivlik əmsalına görə ən cəlbedici zona ötən ay olduğu kimi II zona olub. Bu zonanın ən vacib cəhəti mənzillərin əksəriyyətinin orta qiymətə olması və iş yerlərinin əksəriyyətinin bu zonada yerləşməsidir. Bu zonada olan kirayə mənzillər ümumi portfelin 66,4%-nə malikdir.

Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. Otaqlar üzrə 2 və 3 otaqlı mənzillərin sayında artım qeydə alınıb. Təklif üzrə ən çox artım 2 otaqlılarda qeydə alınıb (14,6%). 1 və çoxotaqlı mənzillərin təklif üzrə payında isə nisbətən azalma müşahidə olunub.

Bazarda otaqlar üzrə qiymətlər dollar ilə ifadədə aşağıdakı kimin olub:


Araşdırmaların aparıldığı son ayda tələb portfelində ucuz evlərin (aylıq kirayə haqqı 500 manata qədər) payı 55,8% , orta qiymətə olan (500-1000 manat aralığında) kirayə evlərinin sayı isə azalaraq ümumi portfelin 36,2% təşkil edir. Bahalı evlərin (aylıq kirayə haqqı 1000 manatdan yuxarı olan) payı isə ümumi portfelin 8,0%-ni təşkil edir. Ay ərzində xüsusən də təklif portfelində daha çox ucuz qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin artması ilə bağlı olub. Kirayə mənzil bazarında seqmentlər üzrə təklif aşağıdakı kimin olub:


Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (621 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 70,0%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,11, orta sahə isə 68,86 kv.m təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR