Ən ucuz kreditlər Bakıda, ən bahalı Lənkəran iqtisadi rayonunda verilir - TƏHLİL

Ən ucuz kreditlər Bakıda, ən bahalı Lənkəran iqtisadi rayonunda verilir  - <span style="color: red;">TƏHLİL
# 12 aprel 2016 14:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin mart ayının 1-ə 20 mlrd. 327 mln. 413,1 min manat təşkil edib ki, bunun da 84,28%-i və ya 17 mlrd. 132 mln. 071,6 min manatı Bakı şəhərinin payına düşüb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin 2 ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 832 mln. 144,4 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 4,09%-ni təşkil edir.



Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,24%-lik payla Abşeron iqtisadi rayonu qərarlaşıb. Bu ilin martın 1-ə bu iqtisadi rayona 659 mln. 371,3 min manat həcmində kredit qoyulub.

Kredit qoyuluşunun 3,24%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvar-fevral aylarında Gəncə-Qazax iqtisadi rayonuna 658 mln. 627,2 min manatlıq kredit qoyulub.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 55 mln. 700,5 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna isə bundan 26,4 dəfə az - 2 mln. 113,3 min manat olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Lənkəran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 22,7% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 11,5% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 13,5%-ə bərabər olub.

Regionlarda kreditlərin orta faiz dərəcəsi

Regionların adı

Cəmi (min manatla)

Orta faiz dərəcəsi

Azərbaycan Respublikası:

20 327413,1

12,9%

o cümlədən Bakı

17 132071,6

11,5%

Lənkəran iqtisadi rayonu

292986,0

22,7%

Aran iqtisadi rayonu

832144,4

22,2%

Dağlıq Şirvan iqtisadi rayonu

117242,0

22,1%

Şəki-Zaqatala iqtisadi rayonu

219839,9

21,6%

Quba-Xaçmaz iqtisadi rayonu

235852,1

21,1%

Gəncə-Qazax iqtisadi rayonu

658627,2

20,6%

Yuxarı Qarabağ iqtisadi rayonu

55700,5

19,5%

Abşeron iqtisadi rayonu

659371,3

17,7%

Kəlbəcər-Laçın iqtisadi rayonu

2113,3

14,6%

Naxçıvan iqtisadi rayonu

121464,8

13,5%

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR