Ötən ay köhnə binalarda mənzillərin qiyməti artıb - TƏHLİL

Ötən ay köhnə binalarda mənzillərin qiyməti artıb - <span style="color: red;">TƏHLİL
# 24 aprel 2015 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayında Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 2108 dollar/kv.m-dən 14.8% azalaraq 1796 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1654 manat/kv.m-dən 14.0% artaraq 1886 manat/kv.m bəndində qərarlaşıb.

Bu barədə “APA-Economics” paytaxtın təkrar mənzil bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun ötən ay üçün apardığı araşdırmaya istinadən xəbər verir.

Qeyd edək ki, iki məzənnə ilə göstərilən məbləğlərdə bu cür fərqin yaranmasına səbəb fevral ayının son həftəsində ölkədə baş verən devolvasiyadır. Mart ayına qədədr hesabatlar 0.7844 (USD/AZN) əmsalı ilə aparılırdısa, mart ayından etibarən hesabatlar 1.05 (USD/AZN) əmsalı ilə aparılıb.

Bazar portfelində ümumi təkliflərin sayı isə 1866 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 7,14%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 9,8% az olub. Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 2000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 72,2%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1 541 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 20,0%-ni 2000-2500 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2217 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2 500 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 7,8% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3040 dollar/kv.m təşkil edib.

Ümumilikdə, mart ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki, üç və çoxotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 13,0%, 7,0%, 20,0% və 13,0% artım var.

Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. Üç otaqlı mənzillərin təklif sayında yerdəyişmə müşahidə olunmasa da, bir, iki və çox otaqlı mənzillərin ümumi sayında azalma qeydə alınıb. Bunu da ümumi mənzil bazarında qeydə alınan təklif sayındakı azalma ilə əlaqələndirmək olar. Mart ayında “Leninqrad”, “Minsk” və “Stalinka” layihəli mənzillərin təklif portfelində olan payları artsa da, digər layihələrə məxsus mənzillərin sayı azalıb. Ən çox azalma “Xruşşov” və “Eksperimental” layihəli mənzillərdə müşahidə edilib.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 5 otaqlıda qeydə alınıb. Cavanşir körpüsü yaxınlığında yerləşən 430 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 5400 dollar təşkil edib. Ən ucuz mənzil isə Bakıxanov qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik “stalinka” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 660 dollar/kv.m.



Mart ayında ölkədə baş verən devalvasiya səbəbindən milli məzənnə ilə qiymət ciddi şəkildə artıb. Bu artım layihənin növündən asılı olaraq 15-30% aralığında dəyişir.

Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:



İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR