Ötən ay "AzeriLight" 5 dollara yaxın ucuzlaşıb

Ötən ay "AzeriLight" 5 dollara yaxın ucuzlaşıb
# 03 noyabr 2015 12:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Son 1 ayda "AzeriLight" markalı neft 1,17% ucuzlaşıb.

APA-Economics” məlumatına görə, oktyabr ayının əvvəlində bir bareli 50,37 dollara satılan "AzeriLight" markalı neft ay ərzində 0,59 dollar ucuzlaşaraq 49,78 dollara satılıb.

Oktyabrın ilk həftəsində Azərbaycan neftinin orta qiyməti 53,92, ikinci həftəsində 51,95, üçüncü həftəsində 49,59, sonuncu həftədə isə 49,28 dollar olub. Ümumiyyətlə, ay ərzində Azərbaycan neftinin orta qiyməti 48,84 dollar təşkil edib.

Oktyabrın ilk həftəsində (5-9 oktyabr) Azərbaycan nefti 2,63 dollar və ya 5,06% bahalaşıb. Başqa sözlə, həftənin ilk iş günündə 52,02 dollara satılan "AzeriLight" markalı neftin bir bareli həftə sonu 54,65 dollara yüksəlib.

Ötən ayın ilk həftəsindən fərqli olaraq ikinci həftəsində (12-16 oktyabr) neftimiz 2,34 dollar və ya 4,33% ucuzlaşıb. Belə ki, oktyabrın 12-də bir bareli 53,99 dollara satılan "AzeriLight" markalı neftin dəyəri 51,65 dollara düşüb. Bununla da ay ərzində Azərbaycan neftinin ən çox ucuzlaşması oktyabrın ikinci həftəsinə təsadüf edib.

Oktyabrın üçüncü həftəsində də Azərbaycan neftinin ucuzlaşması davam edib. Əgər oktyabrın 19-da "AzeriLight" markalı neftin bir bareli 50,21 dollara satılırdısa, 23 oktyabrda neftimiz 1,38 dollar və ya 2,75%, yəni 48,83 dollara qədər ucuzlaşıb.

İki həftəlik ucuzlaşmadan sonra oktyabrın sonuncu həftəsində (26-30 oktyabr) dünya bazarında neftin bahalaşması Azərbaycan neftinə də təsirsiz ötüşməyib. Bu həftə ərzində "AzeriLight" markalı neft 0,86 dollar və ya 1,76% bahalaşıb.

Beləliklə, oktyabr ayı ərzində "AzeriLight" markalı neftin bir barelinin ən aşağı qiyməti 47,65 dollar, ən yüksək qiyməti isə 54,76 dollar olub.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR