Ötən il Azərbaycanda kreditlərin 39%-ə yaxını ev təsərrüfatlarına verilib

Ötən il Azərbaycanda kreditlərin 39%-ə yaxını ev təsərrüfatlarına verilib
# 08 fevral 2016 13:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin yanvarın 1-nə 21 718,5 mln. manat təşkil edib ki, bunun da 8 383,6 mln. manatı istehlak kreditlərin payına düşüb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü il ilə müqayisədə 651,8 mln. manat və ya 8,43% çoxdur.

Başqa sözlə, kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 8 383,6 mln. manat və ya ümumi həcminin 38,6%-ni təşkil edir. Qeyd edək ki, 2015-ci ilin aprel ayından oktyabradək ev təsərrüfatlarına (istehlak kreditləri) verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 40%-dən aşağı olub. Oktyabr və noyabrda bu göstərici 40%-i ötsə də, ötən ilin dekabrında ev təsərrüfatlarına (istehlak kreditləri) verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi yenidən 38,6%-dək azalıb.

Buna baxmayaraq, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 14,5%-lik payla “Ticarət və xidmət, 14%-lik payla “İnşaat və əmlak” və”, 9%-lik payla sənaye və istehsal, 6,7%-lik payla nəqliyyat və rabitə, 2,3%-lik payla kənd təsərrüfatı və emal, 1,5%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR