Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalmaqda davam edir - TƏHLİL

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalmaqda davam edir  - <span style="color: red;">TƏHLİL
# 16 dekabr 2015 14:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin III rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 195 mln. dollar təşkil edib.

APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2014-cü ilin III rübü ilə müqayisədə 222 mln. ABŞ dolları və ya 2,14 dəfə azdır.

Bu ilin III rübünü II rübü ilə müqayisə edəndə məlum olur ki, iyul-sentyabr aylarında pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 30 mln. ABŞ dolları və ya 13,33%-lik azalma olub. Bu ilin III rübünü I rübü ilə müqayisə edəndə isə şimal qonşumuzdan ölkəmizə pul köçürmələrin həcmində 13 mln. manat və ya 7,14% artımın müşahidə olunduğunu görərik. Xatırladaq ki, Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 182 mln. dollar idisə, II rübdə 225 mln. manat olub.

Məlumata görə, bu ilin III rübündə Rusiyadan Azərbaycana 162 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 210 mln. ABŞ dolları və ya 2,3 dəfə azdır. Bu ilin iyul-sentyabr aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 504 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2014-cü ilin III rübündə transsərhəd pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 372 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 646 ABŞ dolları olub.

Bu ilin III rübünü II rübü ilə müqayisədə isə Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi 28 mln. ABŞ dolları və ya 14,74% azalıb. Ümumiyyətlə, I rübdə hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülübsə, II rübdə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları olmaqla, ümumilikdə 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb.

Bu ilin III rübündə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, illik müqayisədə burda da azalma müşahidə olunub. Belə ki, bu ilin iyul-sentyabr aylarında hər əməliyyat üzrə orta məbləğ 666 ABŞ dolları olmaqla Azərbaycandan şimal qonşumuza ümumilikdə 34 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 10 mln. ABŞ dolları və ya 22,73% azdır. Başqa sözlə, ötən ilin üçüncü rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 820 ABŞ dolları olmaqla ümumilikdə 44 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə görə, bu ilin III rübünü II rübü ilə müqayisə edəndə məlum olur ki, III rübdə şimal qonşumuza pul axını 1 mln. ABŞ dolları və ya 2,86% azalıb. Qeyd edək ki, bu ilin ilk üç ayı ilə sonrakı üç ayını təhlil etsək görərik ki, II rübdə ölkədən şimal qonşumuza pul axını 21 mln. ABŞ dolları və ya 37,5% azalıb. Belə ki, I rübdə Azərbaycandan Rusiyaya 56 mln. ABŞ dolları həcmində pul köçürülübsə, II rübdə bu göstərici 35 mln. ABŞ dollarına qədər azalıb. Bu ilin I rübündə hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları, II rübdə isə 568 ABŞ dolları təşkil edib.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR