Azərbaycan nefti avqustda 1%-dən çox dəyərdən düşüb - TƏHLİL

Azərbaycan nefti avqustda 1%-dən çox dəyərdən düşüb - <span style="color: red;">TƏHLİL
# 02 sentyabr 2015 12:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Son 1 ayda "AzeriLight" markalı neft 1,37% ucuzlaşıb.

APA-Economics” məlumatına görə, avqust ayının əvvəlində bir bareli 51,24 dollara satılan "AzeriLight" markalı neft ay ərzində 0,7 dollar ucuzlaşaraq 50,54 dollara satılıb.

Avqustun ilk həftəsində Azərbaycan neftinin orta qiyməti 50,95, ikinci həftəsində 50,7, üçüncü həftəsində 48,49, sonuncu həftədə isə 46,05 dollar olub. Ümumiyyətlə, ay ərzində Azərbaycan neftinin orta qiyməti 49,05 dollar təşkil edib.

Avqustun ilk həftəsində (3-7 avqust) Azərbaycan nefti 0,98 dollar və ya 1,91% ucuzlaşıb. Başqa sözlə, həftənin ilk iş günündə 51,24 dollara satılan "AzeriLight" markalı neftin bir bareli 50,26 dollara satılıb.

Ötən ayın ikinci həftəsində də (10-14 avqust) neftimiz 0,77 dollar və ya 1,51% ucuzlaşıb. Belə ki, avqustun 10-da bir bareli 51,08 dollara satılan "AzeriLight" markalı neft 50,31 dollara düşüb.

Ay ərzində Azərbaycan neftinin ən çox ucuzlaşması avqustun üçüncü həftəsinə təsadüf edib. Əgər avqustun 17-də "AzeriLight" markalı neftin bir bareli 50,05 dollara satılırdısa, 21 avqustda neftimiz 3,82 dollar və ya 7,63%, yəni 46,23 dollara qədər ucuzlaşıb.

Avqustun sonuncu həftəsində (24-28 avqust) dünya bazarında neftin bahalaşması Azərbaycan neftinə də təsirsiz ötüşməyib. Bu həftə ərzində "AzeriLight" markalı neft 6,55 dollar və ya 14,89% bahalaşıb.

Beləliklə, avqust ayı ərzində "AzeriLight" markalı neftin bir barelinin ən aşağı qiyməti 43,99 dollar, ən yüksək qiyməti isə 51,70 dollar olub.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR