Devalvasiya kreditə olan marağa təsir etməyib - TƏHLİL

Devalvasiya kreditə olan marağa təsir etməyib - <span style="color: red;">TƏHLİL
# 10 iyun 2015 14:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin aprel ayı ilə müqayisədə 2015-ci ilin eyni dövründə cəmi borcalanların sayı 16,57%, başqa sözlə, 343 226 nəfər artaraq bu ilin may ayının 1-nə 2 mln. 414 min 122 nəfər təşkil edib.

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, bunun 10 min 957 nəfəri hüquqi, 2 mln. 381 min 592-si fiziki şəxs, 21 min 573 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin aprel ayından indiyədək daha 338 280 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 597 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 4349 nəfərlik artım olub.

Təkcə 2015-ci ilin mart ayı ilə müqayisədə apreldə bankdan kredit götürən fiziki şəxslərin sayında 24 588, sahibkarlıq subyektlərinin sayında 211, hüquqi şəxslərin sayında isə 31 nəfərlik artım olub.

Bu ilin aprel ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 216 978 sorğu daxil olub. Başqa sözlə, son bir ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciətlərin sayı 71217 və ya 32,82% azalıb. Bu sorğuların 196 763-ü banklar tərəfindən daxil olub. 20215 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

2015-ci ilin mart ayı ilə müqayisədə aprel ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, martda 11283 nəfər kredit tarixcəsini öyrənmək istəyib, apreldə bu göstərici 20215-ə yüksəlib. Başqa sözlə, mart ayı ilə müqayisədə apreldə fiziki şəxslərin sorğularının sayı 1,79 dəfə artıb.

Aprel ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 414 122, kredit məlumatlarının ümumi sayı isə 9 690 482 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 115 820-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR