Azərbaycandan Almaniyaya məhsul ixracının həcmi 135% artıb

Azərbaycandan Almaniyaya məhsul ixracının həcmi 135% artıb
# 29 iyul 2008 01:16 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi artıb. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, 2007-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Almaniyaya ixrac edilən məhsulların həcmi 284.4 mln. avro təşkil edirdisə, carı ildə bu rəqəm 135% artaraq 584.5 mln. avroya çatıb. Hesabat dövründə Almaniyadan Azərbaycana idxal edilən məhsulların həcmində də artım qeydə alınıb. Belə ki, 2007-ci ildə bu rəqəm 143.3 mln. avro təşkil edirdisə, 2008-ci ildə 153.3 mln. avro (7% artım) olub.
Qeyd edək ki, Azərbaycanda yüz şirkət Almaniya kapitalı ilə, əlli şirkət isə Almaniya-Azərbaycan kapitalı ilə fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR