Naxçıvanda adambaşına düşən ÜDM-in həcmi 805 manata çatıb

Naxçıvanda adambaşına düşən ÜDM-in həcmi 805 manata çatıb
# 29 iyul 2008 07:42 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında (MR) adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi artaraq 805 manata çatıb. Naxçıvan MR Dövlət Statistika Komitəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 31% artıb. Komitədən onu da bildiriblər ki, artım paralel olaraq regionda ÜDM-in həcmində də özünü göstərib. Belə ki, MR-də ÜDM-in həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artaraq 310 milyon 290 min manat təşkil edib. Ötən il bu rəqəm 234 milyon 788 min manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR