«Bank Standard» yeni filiallar açacaq

«Bank Standard» yeni filiallar açacaq
# 30 iyul 2008 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonuna kimi Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı bir neçə filial açmağı planlaşdırır. «Bank Standard»ın İdarə Heyəti sədrinin birinci müavinin Cavid Quliyev «APA-Economics»ə bildirib ki, sentyabr-noyabr aylarında açılması nəzərdə tutulan filiallar Xırdalan, Quba, Xaçmaz və Zaqatalada fəaliyyət göstərəcək. C. Quliyev, həmçinin qeyd edib ki, bank xaricdə də filial açmaq niyyətindədir. Lakin bu məsələyə bankın gələn il üçün müzakirə olunacaq biznes-planında baxılacaq.
Qeyd edək ki, bu ilin ilk yarısında Bakıda «Bank Standard»ın «Əhmədli», «Ulduz» və «Bakıxanov», həmçinin «İpoteka» filialı fəaliyyətə başlayıb. Bununla, bank filiallarının sayı 15-ə çatıb.
Özəl bank təşkilatı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 712,3 mln. manat, kredit portfeli 439,1 mln. manat, depozit portfeli 108,3 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR