Azərbaycan müxtəlif ölkələrdə xarici investor kimi çıxış edəcək

Azərbaycan müxtəlif ölkələrdə xarici investor kimi çıxış edəcək
# 31 iyul 2008 12:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan 2 ildən sonra müxtəlif ölkələrdə xarici investor kimi çıxış edəcək. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov bildirib.
A. Əmiraslanovun sözlərinə görə, 2010-cu ildən sonra xarici ölkələrə Azərbaycandan yönələn sərmayələrin həcmi artacaq: «Bu da öz növbəsində ümumi milli məhsulun artması deməkdir. Ümumi milli məhsul və ümumi daxili məhsul arasındakı fərq aradan qalxacaq. Artıq Azərbaycan rezidentləri xarici ölkələrdə fəaliyyət göstərirlər».
Qeyd edək ki, hazırda Azərbaycan Gürcüstan, Türkiyə, Moldova və s. ölkələrə investisiya yatırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR