ÜDM-in adambaşına düşən həcminə görə Azərbaycan 2013-cü ildə yüksəkgəlirli ölkələr sırasına daxil olacaq

ÜDM-in adambaşına düşən həcminə görə Azərbaycan 2013-cü ildə yüksəkgəlirli ölkələr sırasına daxil olacaq
# 31 iyul 2008 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən həcminə görə 2013-cü ildə yüksəkgəlirli ölkələr sırasına daxil olacaq. «APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov bildirib. Onun sözlərinə görə, 2013-cü ildə bu rəqəm 12 915 ABŞ dollarına çatacaq.
A. Əmiraslanovun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən 2013-cü ildə Azərbaycanda təkcə qeyri-neft sektoru üzrə ÜDM-in adambaşına düşən həcmi 7500 dollar təşkil edəcək. Müqayisə üçün, Ermənistanda ümumilikdə ÜDM-in həcminin 2015-ci ildə 6400 dollara çatacağı proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR