Azər Əmiraslanov: “Əmanətlərin qaytarılması prosesi mərhələli şəkildə həyata keçiriləcək ki, ciddi inflyasiya təzyiqləri yaratmasın”

Azər Əmiraslanov: “Əmanətlərin qaytarılması prosesi mərhələli şəkildə həyata keçiriləcək ki, ciddi inflyasiya təzyiqləri yaratmasın”
# 31 iyul 2008 12:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sovetlər dövründə əhalinin banklarda qalmış əmanətlərinin bu günədək qaytarılmaması texniki problemlərlə bağlıdır. «APA-Economics»in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov əmanətlərin qaytarılması istiqamətində iş aparıldığını, müvafiq qanunvericilik aktlarının hazırlandığını və dəqiqləşdirmələrin həyata keçirildiyini bildirib: «Bu proses digər postsovet ölkələrində həyata keçirilsə də, əhaliyə qaytarılan məbləğ ürəkaçan olmadı. Bizdə hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır. Əmanətlərin qaytarılması prosesi mərhələli şəkildə həyata keçiriləcək ki, ciddi inflyasiya təzyiqləri yaratmasın».
Qeyd edək ki, ilkin hesablamalara görə, SSRİ dövründən banklarda Azərbaycan əhalisinin 600 mln. manatdan (720 mln. dollar ekvivalentində) artıq vəsaiti qalıb. Hazırda Milli Məclisin deputatları və müvafiq hökumət strukturlarının nümayəndələrinin iştirakı ilə yaradılmış işçi qrupu əmanətlərin həcmi və qaytarılma mexanizmlərinə dair iş aparır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR