“Bank Standard”ın “mobile-banking” xidməti fəaliyyətə başlayır

“Bank Standard”ın “mobile-banking” xidməti fəaliyyətə başlayır
# 31 iyul 2008 14:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avqustun 1-dən Azərbaycanın “Bank Standard” Səhmdar Kommersiya Bankının (SKB) “mobile-banking” xidməti işə düşəcək. Bu barədə «APA-Economics»ə bankın baş ofisindən məlumat verilib. “Mobile-banking” xidməti müştəriyə öz kart hesabını mobil telefon vasitəsilə idarə etmək imkanı verir. Xidmət “Azercell” mobil operatorunun müştərisi olan bütün kart sahiblərinə göstərilir.
Uzaqdan idarəyə əsaslanan “mobile-banking” hesabdan çıxarış almağa, hesabın balansı barədə məlumat əldə etməyə, elektrik enerjisinə və ya mobil operatora ödəniş etmək imkanı yaradır. Müştərinin kart hesabında edilmiş hər əməliyyat barədə məlumat onun mobil telefonuna SMS şəklində göndərilir. Alınan hər SMS-ə görə müştərinin balansından 0,1 manat (22 kontur) silinir.
Təhlükəsizlik baxımından “mobile-banking” xidmətinin aktivləşdirilməsi bir neçə mərhələdə baş tutur. İlk öncə müştəri “Azercell” ofislərindən birində ərizəni doldurur. Bundan sonra ona mobil nömrəsinin xidməti aktivləşdirən xüsusi kodekləri olan dublikatı verilir. Elə ordaca müştəri bir və ya bir neçə kartının nömrəsini xüsusi formaya yazıb banka sorğu göndərir. Bank bu sorğunu qəbul etdiyi halda “mobile-banking” işə düşür. Müştəri bu barədə “Azericard” 7112 və ya 7113 nömrəsindən SMS yolladıqdan sonra məlumatlanır. Beləliklə, xidmət ərizə verildikdən sonra 3 iş günü ərzində aktivləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR