«Kapital Bank»ın prosessinq mərkəzi fəaliyyətə başlayacaq

«Kapital Bank»ın prosessinq mərkəzi fəaliyyətə başlayacaq
# 31 iyul 2008 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust-sentyabr aylarında Azərbaycanın «Kapital Bankı» Səhmdar Kommersiya Bankının prosessinq mərkəzi fəaliyyətə başlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «Kapital Bank»ın İdarə Heyətinin sədri Rauf Rzayev bildirib. R. Rzayevin sözlərinə görə, adətən prossesinq mərkəzinin fəaliyyətə başlama müddəti 6 ay çəkir, lakin «Kapital Bank»ın prosessinq mərkəzi iki aya fəaliyyətə başlayacaq: «Plastik kartlara tələbatı nəzərə alaraq bizim bankın prosessinq mərkəzi artıq bu il avqustun sonu-sentyabrın əvvəlində fəaliyyətə başlayacaq».
R. Rzayev, həmçinin qeyd edib ki, əgər ötən il bankın 500 min plastik kartı olubsa, bu il plastik kartların sayı 1,27 mln. ədəd təşkil edir: «Hazırda «Kapital Bank»ın ölkə üzrə 251 bankomatı mövcuddur və plastik kartlara böyük ehtiyac var».
Qeyd edək ki, 2000-ci ildən fəaliyyət göstərən «Kapitalbank»ın hazırda respublika üzrə 88 filialı var. Özəlləşdirmənin nəticələrinə uyğun olaraq, «Kapital Bank»ın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR