Jurnalistlər arasında «Azərbaycan və ÜTT» mövzusunda müsabiqə keçirilir

Jurnalistlər arasında «Azərbaycan və ÜTT» mövzusunda müsabiqə keçirilir
# 31 iyul 2008 16:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə «Azərbaycan və ÜTT» mövzusunda jurnalistlər arasında müsabiqə elan edib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin avqustun 1-dən dekabrın 1-ə qədər davam edəcək müsabiqədə Azərbaycan vətəndaşları tək və ya qrup şəklində iştirak edə bilərlər. Məqalə Azərbaycan və ya rus dilində təqdim edilə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər nəşr etdirdikləri analitik məqalənin (qəzetin, jurnalın adı, nömrəsi və tarixi göstərilməklə) və şəxsiyyəti təsdiq edən sənədin surətinin elektron formasını bu ilin noyabrın 1-dək [email protected] ünvanına göndərməlidirlər.
Müsabiqəyə təqdim olunmuş məqalələr İİN-də yaradılmış komissiya tərəfindən 1 ay (noyabrın 1-dən dekabrın 1-dək) ərzində qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.
Müsabiqədə iştirak məqsədilə nəşr olunmuş bütün məqalələr www.wto.az internet saytında yerləşdiriləcəkdir.
Müsabiqənin qaliblərinə pul mükafatı təqdim olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR