Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Azərbaycana gələcək

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Azərbaycana gələcək
# 04 avqust 2008 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya Bankının özəl sektoru maliyyələşdirən strukturu olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) vitse-prezidenti və baş icraçı direktoru Lars Tanel bu il avqustun 19-da Azərbaycana rəsmi səfər edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirib. A. Əzimovanın sözlərinə görə, bir gün davam edəcək səfər çərçivəsində L.Tanel Azərbaycan hökumətinin və özəl sektorun nümayəndələri ilə görüşəcək: «Səfər əsasən tanışlıq xarakteri daşıyacaq və Lars Tanelin Orta Asiya və Azərbaycan turnesi çərçivəsində həyata keçiriləcək».
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu müddət ərzində IFC Azərbaycanda həyata keçirilən 40-yaxın layihəyə 400 mln. ABŞ dollarından artıq maliyyə vəsaiti ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR