Azərbaycan sənayenin inkişaf tempinə görə MDB-də liderdir

Azərbaycan sənayenin inkişaf tempinə görə MDB-də liderdir
# 04 avqust 2008 16:42 (UTC +04:00)
Moskva - APA. MDB Dövlətlərarası Statistika Komitəsi 2008-ci ilin I yarısının iqtisadi göstəricilərini açıqlayıb. APA-nın “Praym-Tass”a istinadən verdiyi məlumata görə, sənayenin inkişaf tempinə görə Azərbaycan 13,8%-lə siyahıya başçılıq edir.
Sonrakı yerlərdə 13,3%-lə Belarus, 12,2%-lə Özbəkistan, 7,5%-lə Ukrayna, 6%-lə Qırğızıstan və 5,5%-lə Rusiya gəlir.
İlin I yarısında Tacikistan və Ermənistanda sənaye istehsalında azalma müşahidə olunub. Müvafiq olaraq bu göstəricilər 3,9% və 0,2% təşkil edib. Ümumilikdə MDB üzrə sənaye istehsalında ilin birinci yarısında ötən ilin analoji dövrünə nisbətən 6% artım qeydə alınıb.
Sənayenin inkişafı ilə bağlı Gürcüstan və Türkmənistan haqqında məlumatlar yer almayıb.
MDB ölkələrində ümumi daxili məhsulun həcmi isə ilin ilk yarısında ötən ilin analoji dövrünə nisbətən 8% artıb. İnflyasiyanın səviyyəsinə görə MDB ölkələri arasında Ukrayna liderlik edir. İlin I yarısında Ukraynada 15,5% inflyasiya qeydə alınıb. İkinci yerdə Qırğızıstan (15,2%), üçüncü yerdə isə Azərbaycan (14,1%) gəlir. İnflyasiyanın səviyyəsinə görə, Rusiya 8,7%-lə dördüncü yerdədir. Siyahını 4,5%-lə Gürcüstan bağlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR