«Bank Standard» «VISA International»dan «merchant acquiring» xidmətlərinin göstərilməsinə dair lisenziya alıb

«Bank Standard» «VISA International»dan «merchant acquiring» xidmətlərinin göstərilməsinə dair lisenziya alıb
# 12 avqust 2008 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı «VISA International»dan «merchant acquiring» xidmətlərinin göstərilməsi üçün lisenziya alıb.

«Bank Standard»dan «APA-Economics»ə verilən məlumata görə, «VISA International»dan «merchant acquiring» xidmətlərinin göstərilməsinə dair alınan lisenziya sayəsində «Bank Standard» üçün bundan sonra POS-terminalların sayını artırmaq, eləcə də müştərilərə daha cəlbedici və keyfiyyətli xidmət göstərmək imkanı yaranacaq.

Bu xidmətlərin göstərilməsi aparılan əməliyyat sonrası vəsaitin ticarət və ya xidmət müəssisəsinin (merçentin) hesabına qeyd olunma müddətini əhəmiyyətli dərəcədə azaldacaq. Bundan başqa, artıq bankın POS-terminalları xaricdə dövriyyəyə buraxılmış plastik kartları da qəbul edə biləcək. Hazırda «Bank Standard» 300-ə yaxın müxtəlif ticarət və xidmət müəssisəsinə xidmət göstərir.

«VISA International»dan «merchant acquiring» xidmətlərinin göstərilməsi üçün alınan lisenziya «Bank Standard»a həmçinin «e-commerce» lisenziyasını da almaq imkanını verir. Bu isə yerli internet-mağazalara xidmət göstərmək imkanı yaradacaq.

Xatırladaq ki, «Bank Standard» 2006-cı ilin sonundan etibarən «VISA International»ın prinsipial üzvüdür. Bu ilin ilk altı ayının yekunlarına görə, «VISA» kartlarının bankın kart portfelində payı 51%-ə yaxın olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR